Tramp televiziya kanallarının lisenziyalarının ləğvini TƏKLİF EDİB
ABŞ prezidenti Donald Tramp bir neçə Amerika televiziya kanalını tənqid edərək, onların xəbər və əyləncə proqramlarının ona və Respublikaçılar Partiyasına qarşı həddindən artıq mənfi olduğunu iddia edib.
Ajans.az xəbər verir ki,bu barədə Tramp Truth Social platformasında yazıb:
“Əgər şəbəkələrin xəbər buraxılışları və axşam şouları mənə, MAGA hərəkatına və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100% mənfidirsə, onların çox dəyərli yayım lisenziyaları ləğv edilməməlidirmi? Mən ‘bəli’ deyərdim!”
O, həmçinin CBS, ABC və NBC-də yayımlanan axşam əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onların “istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” paylaşdıqlarını bildirib.
Mövzular: