Sarayda avtobus YANDI
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.

Mövzular: