Ər-arvad dəm qazından ÖLDÜ
Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb.
Ajans.az xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakinləri - İsmayılov İbrəhim Hüseyn oğlu və həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mövzular: