Baş Qərargah rəisinin radardan itən təyyarəsi ilə bağlı Türkiyədən RƏSMİ açıqlama
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisininin olduğu təyyarə ilə əlaqənin kəsilməsini təsdiqləyib.
Ajans.az xəbər verir ki, Yerlikaya "X" sosial şəbəkəsində yazıb:
"Bu gün saat 20:10-da 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa Hava Limanından Tripoliyə yola düşüb. Lakin təyyarə ilə əlaqə saat 20:52-yə qədər kəsilib.
Bu təyyarənin Haymana bölgəsinə təcili eniş etdiyi bildirilib və bundan sonra təyyarə ilə əlaqə bərpa olunmayıb.
Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.
Gedişatla bağlı ictimaiyyətə məlumat veriləcək".
Mövzular: