Reklam resmi
Reklam resmi

Rusiyada yeniyetmə anasını ÖLDÜRÜB

Rusiyada yeniyetmə anasını ÖLDÜRÜB
Dünya

Rusiyanın Soçi şəhərində faciəvi hadisə baş verib. 17 yaşlı yeniyetmə anasını öldürüb, kiçik qardaşını ağır yaralayıb və daha sonra özünü öldürüb. Hadisə Kuibışev küçəsindəki mənzildə baş verib.

Ajans.az SHOT Teleqram kanalına istinadən xəbər verir ki, yeniyetmə 48 yaşlı anası Yelena ilə mübahisə edib. Mübahisənin səbəbi onun anasının oğluna "tatu" etdirməyə və ya dostları ilə spirtli içki içməyə icazə verməməsi olub. O, mətbəx bıçağını götürərək anasına bir neçə bıçaq zərbəsi endirib. Yelena hadisə yerində ölüb.

Növbəti hədəf 11 yaşlı qardaşı olub. Oğlan onu evə çağırıb və gələn kimi qarın nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. Lakin məktəbli uşağın çevikliyi sayəsində o, qaçaraq çölə çıxıb və kömək çağırıb. Yaralı kiçik qardaş hazırda reanimasiyadadır.

Hadisə baş verərkən 14 yaşlı bacısı məktəbdə, 43 yaşlı atası isə işdə olub. Qonşular və tanışlar ailə haqqında yüksək fikirdə olduqlarını bildirirlər, lakin valideynlərin uşaqlara qarşı sərt davrandığını və hətta sosial mediadan istifadəni qadağan etdiklərini qeyd edirlər.

Начало формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Soçi şəhəri

Digər Xəbərlər