“Bakıda bir stansiyaya xərclənən pulla 2-3 stansiya tikmək olar – AÇIQLAMA
Bunu Ajans.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, xərclərin azaldılması üçün metronun işində dəbdəbəyə üstünlük verilməməlidir:

“Metropolitenin işinin təşkilində, xüsusən infrastrukturun formalaşdırılmasında daha çox xidmətin səliqəli və operativ təşkili önə çıxmalıdır, nəinki dəbdəbəli təşkili. Azərbaycanda bir stansiyanın tikilməsinə xərclənən pulla bir neçə stansiya tikmək mümkündür. Buna həm qatarların yürüstü hərəkətinin təşkil edilməsi, həmçinin stansiyanın özünün daha ekonom dizayn edilməsi yolu ilə nail olunması mümkündür. İnsanlara rahat xidmət lazımdır, dəbdəbəli xidmət yox”.