Reklam resmi
Reklam resmi

Bu ərazilərdə İŞIQ olmayacaq

Bu ərazilərdə İŞIQ olmayacaq
Cəmiyyət

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 23 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
işıq elektrik

Digər Xəbərlər