Satıcının “şirəli” portağalları tənqidlərin HƏDƏFİ OLUB
Türkiyədəki bir bazarda saxtakar satıcı müştərilərin qarşısında portağalları doğrayaraq onların yetişmiş və şirəli olduğunu iddia edib.
Ajans.az xəbər verir ki,sosial mediada yayılan video izləyicilərin böyük reaksiyasına səbəb olub. Görüntülərdə bir market satıcısının portağalları müştərilər üçün daha şirəli və cəlbedici göstərmək məqsədilə piştaxtanın arxasında suya batırdığı görünür.
İstifadəçilər bu hərəkəti fırıldaqçılıq kimi qiymətləndirərək satıcını sərt tənqid ediblər. Video qısa müddətdə geniş izlənmə sayına çatıb və qızğın müzakirələrə səbəb olub. Sosial media istifadəçilərinin bir çoxu vicdansız satıcının cəzalandırılmasını tələb edib.
Посмотреть эту публикацию в Instagram
Mövzular: