Reklam resmi
Reklam resmi

Yeni ildə 1 həftə iş olmayacaq? RƏSMİ CAVAB -Eksklüziv

Yeni ildə 1 həftə iş olmayacaq? RƏSMİ CAVAB -Eksklüziv
Cəmiyyət
572

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması ilə bağlı fərqli xəbərlər cəmiyyətdə yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatda göstərilib ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Mövzu ilə bağlı Ajans.az-ın sorğusuna cavab olaraq,  Nazirlər Kabinetinin mətbuat xidmətinin  katibi İbrahim Məmmədov açıqlama verib.

Verilən məlumatda bildirilib ki, tətil günləri ilə bağlı hələ ki,  heç bir rəsmi qərar verilməyib.

Buna baxmayaraq,  sosial mediada yayılan məlumatlarda 29 dekabrdan 5 yanvar tarixinə kimi tətil günləri olduğu iddia olunurdu.

author picture
Zərif Sofiyeva
Mövzular:
tətil iddiaları rəsmi qərar Nazirlər Kabineti

Digər Xəbərlər