Reklam resmi
Reklam resmi

Aytən Səfərova “Park Bulvar”dakı KİNOTEATRDAN şikayətçidir

Aytən Səfərova “Park Bulvar”dakı KİNOTEATRDAN şikayətçidir
Cəmiyyət

Aparıcı Aytən Səfərova paytaxtdakı kinoteatrlardan birində yaşadığı narazılığı sosial şəbəkədə paylaşıb.

Ajans.az xəbər verir ki, o, “Park Bulvar” ticarət mərkəzindəki kinoteatrda satılan popkorn və əlavə xidmətlərin qiymətlərindn və onların öncədən göstərilm ​​​​​əməsindən şikayətlənib.

"Park Bulvara" gəlmişik, uzun müddətdir ki bura gəlmirdik. Əslində ailəlikcə sevdiyimiz bir məkan idi. Uşaqla gəlmişdik, düşündük ki, cizgi filmi izləyək. Deməli, 4 ədəd popkorn aldıq: 2 ədəd balaca, 2 ədəd isə orta qablaşdırmada. Cəmi 38 manat pul ödəmişik. Uşaq bilmədən pulu kartdan ödəyib. Deyir ki, “ana, bilmədim”. Geri qaytarmaq da mümkün deyil. Yaxşı, bəs qiymətlər niyə yazılmır? Niyə Azərbaycanda heç bir kinoteatrda girişdə popkornun qiyməti göstərilmir? İnsan sevdiklərinin, ailə üzvlərinin yanında biabır olmamaq üçün məcbur qalıb əlini cibinə atır və o pulu ödəyir.

3D eynəklər üçün də əlavə ödəniş istəyirlər. Yəni hər şey bu dərəcədə çöküb? Bu şişirdilmiş qarğıdalıya, kimyəvi dadlandırıcılarla doldurulmuş balaca qabına ümumilikdə bu qədər pul verəsən… Söz tapa bilmirəm".

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Aytən Səfərova Park Bulvar

Digər Xəbərlər