Reklam resmi
Reklam resmi

İran üzrə BMT qətnaməsi: insan haqlarının pozulması pislənib

İran üzrə BMT qətnaməsi: insan haqlarının pozulması pislənib
Dünya

Dünən BMT Baş Assambleyası İranda insan haqlarının vəziyyəti ilə bağlı illik qətnaməsini təsdiqləyib. Sənəd 78 səs lehinə, 27 səs əleyhinə və 64 səs bitərəf olmaqla qəbul edilib.

Ajans.az İran KİV-nə istinadən xəbər verir ki,səsvermənin nəticələri əvvəlki illərlə müqayisədə əsasən iştirakçı ölkələrin tərkibindəki dəyişikliklərə görə fərqlənir. Keçən il qətnamə 80 səs lehinə, 27 səs əleyhinə və 68 səs bitərəf səsvermə ilə qəbul olunmuşdu. Məlumata görə, yalnız bir neçə ölkə mövqeyini dəyişib: Konqo Respublikası mənfi səsdən bitərəfə, Mavritaniya isə müsbət səsdən bitərəfə keçib.

Qeyd olunur ki, ötən ay BMT Baş Assambleyasının Üçüncü Komitəsi qətnaməni 79 səs lehinə və 28 səs əleyhinə qəbul etmişdi.

Hazırkı qətnamədə edamlar, qadın hüquqları, etirazçıların repressiyası və sərhəddən keçən təzyiqlər xüsusi diqqət mərkəzindədir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran BMT

Digər Xəbərlər