Reklam resmi
Reklam resmi

Putin Zelenskiyə «Niyə kandarda dayanırsan?» ifadəsi ilə müraciət edib

Putin Zelenskiyə «Niyə kandarda dayanırsan?» ifadəsi ilə müraciət edib
Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin Kupyansk yaxınlığında yerləşən stela fonunda çəkilmiş videosuna münasibət bildirib.

Ajans.az xəbər verir ki,Putin bu açıqlamanı yekun mətbuat konfransı ilə birləşdirilmiş canlı sual-cavab sessiyası zamanı səsləndirib. Yayım dövlət başçısının rəsmi VKontakte səhifəsində yayımlanıb.

Prezident qeyd edib ki, stela şəhərin özündən təxminən bir kilometr məsafədə yerləşir və videonun çəkildiyi yerin Kupyanskın mərkəzi ilə üst-üstə düşmədiyini iddia edib.

“Deyirlər ki, stela indi tamamilə fərqli görünür, amma məsələ bunda deyil. Stela şəhərin özündən təxminən bir kilometr aralıda yerləşir. Bəs niyə kandarda dayanırsınız? İçəri daxil ol”, – deyə Vladimir Putin bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər