Slovakiya Baş nazirinin təyyarəsi ciddi zədələnib
Slovakiya Baş naziri Robert Fikonun Avropa İttifaqı sammitində iştirak üçün Brüsselə gəldiyi təyyarə Brüssel Hava Limanında qəza nəticəsində ciddi zərər görüb.
Ajans.az xəbər verir ki,bu barədə hökumət başçısı sosial şəbəkə hesabında məlumat verib.
Robert Fikonun sözlərinə görə, təyyarə hava limanında hərəkət edən pilləkənli nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hava gəmisi texniki baxımdan təhlükəli vəziyyətə düşüb və uçuş üçün yararsız hesab edilib.
“Brüsseldə keçirilən mürəkkəb sammit bizim üçün çətin başladı. Pilləkənli nəqliyyat vasitəsi təyyarəmizə o qədər ciddi zərər vurdu ki, artıq uçuşa yararsız hala gəlib və onu burada saxlamaq məcburiyyətindəyik”, – deyə Fiko bildirib.
DAMAGED AIRCRAFT AND A CONTROVERSIAL SUMMIT ON EU ENLARGEMENT, WHICH THE SERBIAN PRESIDENT A. VUČIĆ RIGHTLY DID NOT ATTEND IN PROTEST. THIS IS HOW WE STARTED TODAY IN BRUSSELS… The demanding summit in Brussels did not get off to a good start. At the airport, a vehicle with… pic.twitter.com/0rcrLUK0t9
— Robert Fico ???????? (@RobertFicoSVK) December 17, 2025