Şuşaya QAR YAĞIB
Gecə saatlarında Şuşada müşahidə olunan yağışlı hava sonradan qarla əvəzlənib. Şəhər ağ örpəyə bürünüb. Qısa müddət davam edən qar yağintısından sonra hazırda yağıntı dayanıb. Şəhərdə hava şəraitinin qismən buludlu olduğu bildirilir.
Ajans.az xəbər verir ki, hazırda Şuşada nəqliyyatın və gündəlik fəaliyyətin normal rejimdə davam etdiyi, hər hansı fövqəladə halın qeydə alınmadığı bildirilib. Müvafiq qurumlar hava şəraitini diqqətdə saxlayır.
Mövzular: