Reklam resmi
Reklam resmi

Gələn il bu ərazilərdə evlər bahalaşacaq - AÇIQLAMA

Gələn il bu ərazilərdə evlər bahalaşacaq - AÇIQLAMA
İqtisadiyyat

"Növbəti il daha çox Bakının ucqarlarında mənzil qiymətləri artacaq".

Bunu Ajans.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, indiyə qədər qanuna uyğunluq belə idi ki, infrastrukturun daha çox inkişaf etdiyi ərazilər - Yasamal, Nəsimi, Nərimanov, Xətai rayonlarında qiymət artımı digərlərinə nisbətən daha çox baş verirdi:

"Amma indi nəzərə alsaq ki, Bakı şəhərinin Baş Planı 2040 həyata keçirilir, müəyyən yerlərdə söküntü işləri aparılır, həmin ərazilərdə yeni parkların salınmasına start verilir, yeni yol qovşaqlarının yaradılması, infrastrukturun dəyişilməsi istiqamətində addımlar atılır - məhz gələn il qiymətlər bu yeniliklərə uyğin olaraq dəyişəcək. 2026-cı ildə artım dinamikası bu ildəki kimi olmayacaq. Elə ərazilər var ki, doymuş ərazilərdir, qiymət artıq maksimuma çatıb. Elə ərazilər var ki, orada qiymət artımı davam edəcək. 

Düşünürəm ki, Bakıda qiymət artımı daha çox ucqarlarda baş verə bilər. Mərkəz və mərkəzə yaxın ərazilərdə artım olsa da, bu, elə də gözəçarpan olmayacaq".

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər