Reklam resmi
Reklam resmi

Biləcəridə yaşayış evləri ÇÖKDÜ

Biləcəridə yaşayış evləri ÇÖKDÜ
Hadisə

Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evlərinin divarı uçub.

Ajans.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib.

Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib.

Sakinlər iddia edirlər ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.

Mövzular:
Binəqədi evlər

Digər Xəbərlər