Reklam resmi
Reklam resmi

Nura Suridən qəribə ismarıc: Əgər həbs olunsam...

Nura Suridən qəribə ismarıc: Əgər həbs olunsam...
Şou Biznes

İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin - onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram. Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır.

Ajans.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri qeyd edib.

“Şəxsən mən bu gün (dünən) baş verən hadisəyə də, verilən təkzibə də inanmadım (Ötən gün nəğməkar şair Vüqar Əhməd saxlanılmış, sonra da azad edilmişdi. V.Əhməd özü saxlanılması barədə xəbəri təkzib edib). Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub - hətta sonradan təkzib versəm belə”, - o bildirib.

Qeyd edək ki, Nura Suri, şair Vüqar Əhmədin qızı, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.

Dünən isə  Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılmışdı.

Mövzular:
Nura Suri qəribə ismarıc

Digər Xəbərlər