Balakəndə yol FACİƏSİ - Ölən və xəsarət alanlar var
Balakəndə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb, daha iki nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, avtoqəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mövzular: