Reklam resmi
Reklam resmi

Luvr muzeyi BAĞLANIR

Luvr muzeyi BAĞLANIR
Dünya

Parisdəki Luvr muzeyi 15 dekabrdan etibarən işçilərin tətili səbəbindən ziyarətçilər üçün bağlanıb.

Ajans.az xəbər verir ki,bu barədə Le Monde qəzeti muzeyin rəsmi saytına istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, təxminən 400 işçi aşağı əmək haqqı və qeyri-qənaətbəxş iş şəraitinə etiraz olaraq tətilə çıxıb. Həmkarlar ittifaqları muzeyin qəbul və sifariş şöbələrində daha çox iş yerinin açılmasını, həmçinin əməliyyat fəaliyyətində iştirak edən işçilərin müvəqqəti müqavilələrinin daimi müqavilələrə çevrilməsini tələb edirlər.

Bundan əlavə, həmkarlar ittifaqı nümayəndələri Fransa mədəniyyət naziri Raşida Datiyə məktub göndərərək, muzeydəki texniki nasazlıqlar və binanın köhnəlməsini diqqətə çatdırıblar. Onların sözlərinə görə, bu vəziyyət Luvrda “daxili sosial vəziyyətin görünməmiş dərəcədə pisləşməsinə” səbəb olub.

Le Monde qəzeti bildirir ki, son aylarda muzeydə bir sıra ciddi hadisələr baş verib: 19 oktyabrda soyğunçuluq hadisəsi, noyabrda Kampana Qalereyasındakı şüaların uçma təhlükəsi səbəbindən bağlanma və Misir Antik Əşyalar Departamentinin kitabxanasındakı 300-400 kitaba zərər vuran partlayan boru.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Luvr muzeyi Fransa

Digər Xəbərlər