Avropa İttifaqı Ukraynalı jurnalistə sanksiyalar tətbiq edib
Avropa İttifaqı Şurası ukraynalı jurnalist Diana Pançenkoya qarşı sanksiyalar tətbiq edib.
Ajans.az xəbər verir ki,bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Sənəddə Pançenkonun şəxsi məlumatları da yer alıb: “Diana Vitaliyevna Pançenko, doğum tarixi — 21 may 1988-ci il, doğulduğu yer — Nikolayev, Ukrayna SSR. Vətəndaşlığı — Ukrayna, Rusiya”.
AB Şurasının bəyanatında qeyd olunur ki, Pançenko “Ukrayna əleyhinə və Rusiyapərəst narrativlər yaradır və yayır”, həmçinin “məlumatları manipulyasiya edir, Ukrayna hakimiyyətini nasist kimi təqdim edir və onları öz xalqına xəyanətdə ittiham edir”. Sənəddə jurnalistin materiallarının bir hissəsini özünü “Donetsk Xalq Respublikası” adlandıran ərazidə hazırladığı da vurğulanır.
Mövzular: