Reklam resmi
Reklam resmi

Bəşər Əsəd Rublyovkada məskunlaşıb və rus dilini öyrənir

Bəşər Əsəd Rublyovkada məskunlaşıb və rus dilini öyrənir
Dünya

Suriya Ərəb Respublikasının sabiq prezidenti Bəşər Əsədin Rusiyada, Moskva vilayətində yerləşən və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin də yaşadığı Rublyovka ərazisindəki elit yaşayış massivində məskunlaşdığı bildirilir.

Ajans.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Əsəd tibbi fəaliyyətə qayıtmağı planlaşdırır. Ailə dostu bildirib ki, keçmiş Suriya lideri hazırda rus dilini öyrənir və oftalmologiya sahəsində bilik və bacarıqlarını yeniləyir.

Mənbənin sözlərinə görə, Əsədin maddi problemləri yoxdur və tibblə məşğul olmaq istəyi onun oftalmologiyaya olan “uzunmüddətli marağı” ilə bağlıdır. Bildirilir ki, o, sakit həyat tərzi sürür və xarici dünya ilə minimal əlaqə saxlayır.

“Ailəsi əvvəllər daxil olduqları Suriya və Rusiya elit dairələrindən təcrid olunub. Əsəd yalnız sarayında yaşayan bir neçə nəfərlə ünsiyyətdədir”, – deyə mənbə qeyd edib.

Eyni zamanda, keçmiş prezidentin həyat yoldaşının idmanla məşğul olduğu, alış-veriş etdiyi və gözəllik salonlarına getdiyi bildirilir. Mənbənin sözlərinə görə, ailənin uşaqları hələ də yaşanan hadisələrin təsiri altındadır və birinci ailə statusu olmadan həyata uyğunlaşmağa çalışırlar.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Bəşər Əsəd Rusiya

Digər Xəbərlər