Reklam resmi
Reklam resmi

Mehmet Ali Erbilin altıncı evliliyi də sona çatır

Mehmet Ali Erbilin altıncı evliliyi də sona çatır
Şou Biznes

68 yaşlı şoumen Mehmet Ali Erbil, 3,5 ay əvvəl altıncı evliliyində evləndiyi 28 yaşlı Gülseren Ceylandan boşanır.

Ajans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,Ceylan evdən çıxdıqdan sonra Ərbil vəkili Şeyda Yıldırım vasitəsilə boşanma prosesini başlatmaq üçün lazımi etibarnamə verib. Boşanma işi rəsmi olaraq bazar ertəsi günü məhkəməyə təqdim ediləcək.

Cütlüyün evliliyi bir il belə davam etmədiyi üçün sülh yolu ilə boşanma mümkün deyil. Lakin əmlakın ayrılması barədə müqavilə imzalandığından, tərəflər bir-birlərindən maddi tələb irəli sürə bilməyəcəklər.

Boşanma səbəbi kimi Ərbilin “Bütün arvadlarıma xəyanət etdim. Bir arvadıma çox haqsız davrandım. Kaş ki, onu tərk etməsəydim” ifadəsi göstərilir.

Mehmet Ali Erbil əvvəllər beş dəfə evlənib: Muhsine Şehnaz Kamiloğlu, Nergis Kumbasar, Sedef Altuntaş, Tuğba Coşkun və Gülseren Ceylan. 29 ildir keçmiş arvadlarına aliment ödəyən Ərbil, Yasmin, Sezin və Əli Sadi adlı üç övlad sahibidir və keçmiş arvadlarına külli miqdarda təzminat verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Mehmet Ali Erbil Gülseren Ceylan

Digər Xəbərlər