Reklam resmi
Reklam resmi

Xankəndi şəhərində hazırlıq işlərinə BAŞLANILIB

Xankəndi şəhərində hazırlıq işlərinə BAŞLANILIB
Cəmiyyət

Şəhərin mərkəzində Yeni il yolkası qurulur, küçə və meydanlarda bayram abu-havasının yaradılması məqsədilə abadlıq və bəzək işləri aparılır.

Ajans.az xəbər verir ki, hazırlıq çərçivəsində yol kənarlarında və istirahət məkanlarında yerləşən ağaclar bayram atributları ilə bəzədilir, müasir işıqlandırma sistemləri quraşdırılır. Axşam saatlarında şəhərə xüsusi gözəllik qatan işıq elementləri Xankəndinin simasına yeni il ovqatı bəxş edir.

Görülən işlər şəhər sakinlərinin və qonaqların bayram günlərini daha xoş və təhlükəsiz şəraitdə keçirməsinə xidmət edir. Yeni ilin gəlişi ərəfəsində Xankəndidə yaradılan bayram ab-havası şəhərdə canlanmanı və əhval-ruhiyyəni daha da artırır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. 

Dekabrın 27-də şəhərin Zəfər meydanında "Qış nağılı" olacaq. Bayram yarmarkası yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq. Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. 

Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. Sizi Xankəndi qış nağılı yarmarkasına dəvət edirik. Xankəndi hər addımınızı macəraya çevirəcək.

author picture
Zərif Sofiyeva
Mövzular:
Xankəndi şəhəri Yeni il

Digər Xəbərlər