Reklam resmi
Reklam resmi

Metrodan istifadə edənlərin sayı AZALIB

Metrodan istifadə edənlərin sayı AZALIB
Cəmiyyət

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 015,5 min olub, bu da illik müqayisədə 1,8% azalma deməkdir.

Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

Mövzular:
Bakı metro

Digər Xəbərlər