Reklam resmi
Reklam resmi

Bakının bu hissəsinə giriş pullu olur? - AÇIQLAMA

Bakının bu hissəsinə giriş pullu olur? - AÇIQLAMA
Cəmiyyət
349

Şəhərdə sıxlığın qarşısının alınması məqsədi ilə avtomobillərin mərkəzə girişinin ödənişli olması gündəmə gəlib. Bəs bu, Bakıda tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Ajans.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu təcrübənin tətbiq edilməsi üçün şəhərdə ictimai nəqliyyatın keyfiyyəti yüksək olmalıdır:

“Əslində, bunun tətbiqi düşünülə bilər. Amma həmin şəhərlərdə axı normal ictimai nəqliyyat var. Normal ictimai nəqliyyat olmayanda bunun tətbiqi bir qədər problemli olur. Birinci növbədə ictimai nəqliyyatın vəziyyəti önəmlidir. Bizdə avtobus sıxlıq, metro sıxlıq, tramvay yox. Belə halda nə etmək olar?

Digər tərəfdən şəhərdə yolların pullu olması vətəndaşlar üçün də problem yaradır. Magistral yolları pullu etmək mümkündür, amma şəhər içində yolların ödənişli olması qarışıqlıq yaradacaq”.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
avtomobillər tıxac deputat

Digər Xəbərlər