Reklam resmi
Reklam resmi

Avtoxuliqanlıq edən sürücü SAXLANILDI

Avtoxuliqanlıq edən sürücü SAXLANILDI
Cəmiyyət

Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Yasamal rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche" markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Mövzular:
YASAMAL AVTOXULİQAN DYP

Digər Xəbərlər