Bakıda daha bir məşhur BAZAR sökülür
Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.
Ajans.az xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.
Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.
Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.
Mövzular: