Vüqar Qurbanov: "Vətəndaşlarımızın reabilitasiyası üçün yaxşı şərait yaradılıb."
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.
Ajans.az xəbər verir ki, sağlamlıq mərkəzində aparılan yeniliklər haqqında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov öz açıqlamasında məlumat verib.
Ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb.Həmçinin AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları da mərkəzdə görülən işlərlə tanış olublar.
Mövzular: