Reklam resmi
Reklam resmi

Mingəçevirdə sakinlərdən NARAZILIQ- TƏHLÜKƏ VAR...

Mingəçevirdə sakinlərdən NARAZILIQ- TƏHLÜKƏ VAR...
Cəmiyyət

Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 12 ünvanında yaşayan sakinlər ərazidə aparılan yeni tikinti ilə bağlı narazılıq edirlər.

Ajans.az-ın əldə etdiyi məlumata görə, mövcud çoxmərtəbəli yaşayış binalarının tam ortasında yeni yaşayış evi inşa olunur və bu tikinti nə təhlükəsizlik, nə də şəhərsalma baxımından məqsədəuyğun hesab edilmir.

Sakinlər bildirirlər ki, tikinti işləri başlanarkən onların rəyi alınmayıb, həmçinin layihə barədə ətraflı məlumat verilməyib. Bu tikinti həm həyət-bacanı daraldır, həm də illərdir istifadə etdikləri nəfəsalma sahəsini və təhlükəsizliyi təhlükə altına qoyur.

“Binaların qarşısında belə sıx məsafədə yaşayış evi tikilməsi düzgün deyil. Həm bizim rahatlığımız pozulur, həm də təhlükəsizlik qaydalarına uyğun görünmür. Gərək vicdanla yanaşılsın ki, insanların haqları tapdanmasın,” – deyə sakinlərdən biri bildirib.

Hazırda sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini və tikintinin qanuniliyinin araşdırılmasını tələb etdiklərini bildirirlər. Onlar tikinti prosesinin dayanmasını və ərazidə şəhərsalma normalarına yenidən baxılmasını istəyirlər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Mingəçevir Sakinlər Narazılıq

Digər Xəbərlər