Reklam resmi
Reklam resmi

"Sumqayıt" "İmişli"yə qalib gəlib

\"Sumqayıt\" \"İmişli\"yə qalib gəlib
İdman

Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.

Ajans.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.

"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Mövzular:
Liqa Kəpəz

Digər Xəbərlər