Reklam resmi
Reklam resmi

Bakı metrosu 01:00-a qədər İŞLƏYƏCƏK

Bakı metrosu 01:00-a qədər İŞLƏYƏCƏK
Cəmiyyət

Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətindən məlumat verilib.

Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Səfəriniz rahat, oyunumuz uğurlu olsun!

Mövzular:
Bakı metrosu interval

Digər Xəbərlər