Mopedlər üçün YENİ QAYDA
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Ajans.az xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, əsas məqsəd moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması təklif olunub. Bundan başqa, moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Həmçinin dəyişikliyə əsasən mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Layihə üçüncü oxunuşda qəbul edilib. Qanun 3 ay sonra qüvvəyə minəcək.