Reklam resmi
Reklam resmi

Sakinlər qidadan zəhərlənməyiblər - AQTA aydınlıq gətirdi

Sakinlər qidadan zəhərlənməyiblər - AQTA aydınlıq gətirdi
Gündəm

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Ajans.az xəbər verir ki, bununla bağlı AQTA-dan məlumat verilib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar. 

AQTA qeyd edib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Mövzular:
AQTA zəhərlənmə

Digər Xəbərlər