Reklam resmi
Reklam resmi

Türkiyədə dəhşətli hadisə:10 yaşlı uşaq...

Türkiyədə dəhşətli hadisə:10 yaşlı uşaq...
Dünya

Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda əmisi tərəfindən başı daşla yaralanaraq diri-diri basdırıldığı iddia edilən 10 yaşlı Suriya vətəndaşı Əmir Əlcədduh polis tərəfindən xilas edilib. Hadisə ilə bağlı əmisi M.E. həbs olunub.

Ajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əmir iki gün əvvəl məktəbdən evə qayıtmayıb və ailəsi itkin düşdüyü barədə Reyhanlı Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşları uşağın izini tapmaq üçün rayonda 200-dən çox təhlükəsizlik kameralarının görüntülərini araşdırıb. Kamera görüntüləri əmisi M.E.-nin Əmiri apararaq bir evə basdırdığını ortaya çıxarıb.

Əmisi M.E. hadisəni inkar etsə də, polis, AFAD, jandarma və QHT-lərin iştirakı ilə aparılan axtarışlar nəticəsində uşağın başından xəsarət almış vəziyyətdə torpağa basdırıldığı yerdə tapılıb. Dindirilən Əmir bildirib ki, məktəbdən sonra əmisi tərəfindən qaçırılıb və döyülüb.

30 yaşlı əmisi M.E. məhkəmə tərəfindən həbs edilib. Məlum olub ki, M.E.-nin əvvəllər “ehtiyatsız hücum” ittihamı ilə məhkumluğu olub. Hazırda Hatay Təlim və Araşdırma Xəstəxanasında müalicə alan Əmirin huşunda olduğu bildirilib.

 

Посмотреть эту публикацию в Instagram

Публикация от Hatay Alem (@hatayalem)

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər