Reklam resmi
Reklam resmi

Tramp Zelenskinin sülh təşəbbüsünə narazılığını bildirib

Tramp Zelenskinin sülh təşəbbüsünə narazılığını bildirib
Dünya

ABŞ prezidenti Donald Tramp, Ukrayna rəhbəri Volodimir Zelenskinin Vaşinqton administrasiyası tərəfindən Ukraynadakı münaqişənin həlli üçün hazırlanan sülh sazişi layihəsini hələ də nəzərdən keçirməməsindən məyus olduğunu açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb.

“Deməliyəm ki, Zelenskinin hələ də təklifi oxumamasından bir qədər məyus oldum”, – deyə Tramp Con Kennedi adına İfa Sənətləri Mərkəzində jurnalistlərə bildirib. O, Zelenski komandasının ABŞ hökumətinin təqdim etdiyi sənədi müsbət qiymətləndirdiyini əlavə edib.

Amerika lideri Zelenskinin Vaşinqtonun təklif etdiyi razılaşmadan razı qalıb-qalmadığına əmin olmadığını deyib və “kimsə izah etməlidir ki, Zelenski niyə hələ də razılaşmanın təfərrüatlarını nəzərdən keçirməyib” sözlərini əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər