Rusiyada GÜCLÜ ZƏLZƏLƏ
Kamçatka yaxınlığında maqnitudası 6 olan zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Bəyanatda bildirilir ki, təkanların episentri Petropavlovsk-Kamçatskidən 211 km məsafədə yerləşib. Zəlzələnin ocağı 15,4 km dərinlikdə müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına əsasən, instrumental müşahidələr zəlzələnin Petropavlovsk-Kamçatskinin bəzi ərazilərində 2 bal gücündə hiss olunduğunu göstərir. Sunami təhlükəsi elan edilməyib və bölgədə hər hansı pozuntu qeydə alınmayıb.
Mövzular: