Bakıda yolları SU BASDI
Bakı Metropoliteninin "28 May" stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Ajans.az xəbər verir ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.
Bu isə həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə törədir.
Hazırda ərazidə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların tədbir görüb-görmədiyi barədə məlumat yoxdur.
Məlumat üçün bildirək ki, "Sədərək" ticarət mərkəzini də su basıb.(Mənbə: oxu.az)
Bu gönderiyi Instagram'da gör
Mövzular: