Reklam resmi
Reklam resmi

Dəm qazından ölən qadının yaxınları DANIŞDI

Dəm qazından ölən qadının yaxınları DANIŞDI
Hadisə

Mingəçevir şəhərində faciəvi hadisə baş verib. Şəhərin Tərəvəzçilik yaşayış massivinin Əkinçi küçəsi 46 ünvanında yaşayan 64 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Ajans.az xəbər verir ki, hadisə ilə bağlı onun yaxınları danışıb. Bildirilib ki,  mərhum uzun müddətdir həmin ünvanda tək yaşayırmış və ailəsi olmayıb. Onun qardaşının sözlərinə görə, qadın Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub. Evini isitmək məqsədi ilə qaz sobasını çıxararaq divara söykədiyi üçün məişət qazının geri qayıtması nəticəsində dəm qazı yaranıb.

Qadının iki gün ərzində evdə hərəkətsiz halda qaldığı müəyyən edilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Mingəçevir şəhərində faciəvi hadisə Yaxınlar

Digər Xəbərlər