Reklam resmi
Reklam resmi

Ağdərə sakini minaya düşdü

Ağdərə sakini minaya düşdü
Hadisə

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 2025-ci il 3 dekabr tarixində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Ajans.az-a verilən məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Mövzular:
Ağdərə rayonunun Şıxarx kəndi ərazisi Mina Sakin

Digər Xəbərlər