Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanın qaz infrastrukturunu hədəf aldı

Rusiya Ukraynanın qaz infrastrukturunu hədəf aldı
Dünya

Rusiya ordusu dünən və bu gün pilotsuz uçuş aparatları ilə Ukraynanın qaz infrastrukturuna kütləvi hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə “UNİAN“ Ukraynanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya dronları qazın hasilatı və saxlanması ilə məşğul olan obyektlərə zərbə endirib. Hücum zamanı xəsarət alanlar olmasa da, obyektlərdə ciddi dağıntılar var.

“Xilasetmə və operativ xidmətlər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışır”, – məlumatda qeyd olunub.

Mövzular:
Ukrayna Rusiya qaz

Digər Xəbərlər