Türkiyədə FETÖ-ya qarşı əməliyyat: 120-dən çox şübhəli həbs edilib
Türkiyədə Fətullah Gülən Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu iddia edilən 120-dən çox şəxs saxlanılıb.
Ajans.az xəbər verir ki,bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib.
Nazir bildirib ki, “son iki həftə ərzində FETÖ-ya qarşı aparılan əməliyyatlar zamanı 121 şübhəli tutulub”. Saxlanılan şəxslər arasında hərbçilər, tələbələr və məhkəmə üzvləri də var.
Əli Yerlikaya qeyd edib ki, şübhəlilər F. Gülənin təşkilatının lehinə təbliğat aparırdılar və polis tərəfindən tutulublar. Onlardan 58 nəfəri həbs olunub, 29 nəfər məhkəmə nəzarəti altındadır, qalan şəxslərlə bağlı araşdırmalar isə davam etdirilir.
FETÖ’YE yönelik son 2 haftadır devam eden operasyonlarımızda; 121 Şüpheli Yakalandı ????FETÖ’nün askeri mahrem yapılanması, öğrenci yapılanması, adliye mahrem yapılanması ve mahrem yapılanması içerisinde faaliyet gösteren, ????Örgütün kriptolu haberleşme programı ByLock kullanıcısı… pic.twitter.com/ThSzi84NbY
— Ali Yerlikaya (@AliYerlikaya) December 2, 2025