Reklam resmi
Reklam resmi

ABŞ immiqrantların vizalarını ləğv edib

ABŞ immiqrantların vizalarını ləğv edib
Dünya

ABŞ Dövlət Katibi Marko Rubio və Dövlət Departamenti ölkə üçün təhlükə yaratdığı müəyyən edilən bir sıra qanuni immiqrantların vizalarını ləğv edib.

Ajans.az xəbər verir ki,bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt Fox News-a müsahibəsində məlumat verib.

Livitt bildirib ki, Rubio “səlahiyyətlərindən istifadə edərək, ölkəyə qanuni yolla daxil olan, lakin ABŞ üçün risk törədən və əslində heç vaxt buraxılmamalı olan çoxsaylı şəxslərin vizalarını ləğv edib”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti həmçinin ölkəyə viza üçün müraciət edənlərə tətbiq olunan tələbləri və təhlükəsizlik yoxlaması prosedurlarını nəzərəçarpacaq dərəcədə sərtləşdirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Marko Rubio

Digər Xəbərlər