Reklam resmi
Reklam resmi

Rusiya gəmisinə Türkiyə sahillərində hücum edildi

Rusiya gəmisinə Türkiyə sahillərində hücum edildi
Dünya

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan "Midvolga 2" tankeri Türkiyə sahillərindən 80 mil (130 km) aralıda hücuma məruz qalıb.

Ajans.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, 13 nəfərlik heyət üzvü xəsarət almayıb. Gəminin Türkiyənin Sinop limanına doğru getdiyi bildirilir. Hələlik başqa rəsmi məlumat verilməyib.

Lakin NTV televiziya kanalı hücumda kamikaze dronunun iştirak etdiyini bildirib. Reuters agentliyinin sorğusuna cavab olaraq, bir türk rəsmisi lazımi mesajların Ukrayna hakimiyyəti də daxil olmaqla müvafiq tərəflərə ötürüldüyünü deyib. Açıq mənbələrə görə, 140 metrlik "Midvolga 2" 2014-cü ildə inşa edilib və Rusiya bayrağı altında üzür. Onun əsas limanı Sankt-Peterburqun Böyük Limanıdır.

author picture
Murad Əliyev
Mövzular:
Rusiya Türkiyə

Digər Xəbərlər