Tanınmış futbolçunun üzünə alışqan atan azarkeş saxlanıldı
Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" ilə oyunda "Qalatasaray"ın futbolçusu Kazımcan Karataşın üzünə alışqan atan azarkeş saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, həmin şəxsin 1 il ərzində idman yarışlarına girişi qadağan edilib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Mövzular: