Reklam resmi
Reklam resmi

Sumqayıtda QAZ OLMAYACAQ

Sumqayıtda QAZ OLMAYACAQ
Cəmiyyət

Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.

Mövzular:
sumqayıt qaz fasilə

Digər Xəbərlər