Reklam resmi
Reklam resmi

MMA döyüşçüsü SAXLANILDI

MMA döyüşçüsü SAXLANILDI
Dünya

Tulada 36 yaşlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tiqran Ohanesyan saxlanılıb.

Ajans.az xəbər verir ki, “Tula uğrunda döyüş” turnirinin dəfələrlə qalibi olan idmançı və məşqçi beş şagirdindən ibarət dəstə yaradıb.

İlkin məlumatlara görə, o, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə ilə məşğul olan cinayətkar qrupun rəhbəri olub.

Dəstə üzvləri özlərini güc strukturlarının əməkdaşları kimi təqdim edərək Tula və Şyokino sakinlərindən 500–800 min rubl məbləğində pul alıblar. Saxlanılan şəxslər barəsində “Quldurluq” və “Hədə-qorxu yolu ilə tələb etmə” maddələri üzrə cinayət işləri açılıb.

Mövzular:
Tula MMA

Digər Xəbərlər