"Şamaxinka" keçidi yolu keçməyi çətinləşdirdi- SAKİNLƏRDƏN NARAZILIQ
Yerüstü Nəqliyyat Agentliyi Moskva prospektinin Şamaxinka adlanan hissəsində nəqliyyatın hərəkətinin təşkilində bir sıra dəyişikliklər həyata keçirəcək.
Ajans.az Baku TV-yə istinadla bildirir ki, dəyişikliklər çərçivəsində ərazidə yeni işıqforun quraşdırılması da planlaşdırılır.
Bununla yanaşı, sakinlər həmin ərazidə uzun müddətdir problem yaradan yerüstü piyada keçidindən narazılıq edirlər.
Məlumata görə, piyada keçidi quraşdırılmamışdan əvvəl vətəndaşlar eyni səviyyəli keçiddən istifadə edərək yolu daha rahat və maneəsiz keçə bilirdilər.
Həmçinin yerüstü keçid istifadəyə verildikdən sonra yolun qarşı tərəfinə keçmək çətinlik yaradıb.
Sakinlər hesab edir ki, piyada hərəkətinin təhlükəsiz və əlçatan təşkili üçün ərazidə əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Mövzular: