Reklam resmi
Reklam resmi

Biləcəri qəsəbəsində İŞIQ OLMAYACAQ

Biləcəri qəsəbəsində İŞIQ OLMAYACAQ
Cəmiyyət

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
Biləcəri İşıq

Digər Xəbərlər