Bakı metrosunda GECİKMƏ BAŞ VERİB
“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr baş verib.
Ajans.az xəbər verir ki, bununla bağlı Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşmdırırlır.
Qeyd edilib ki, texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operateiv şəkildə iş aparıb və "Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Sərnişinlərimizdən yaranmış narahatlığa görə üzr istəyir, vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik.
Mövzular: