71 yaşlı kişi özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
71 yaşlı İmaməli Cavadov sağ ikən özünə məzar qazdırdı, başdaşı düzəltdirdi, üstündəki qr kod vasitəsilə də məzarına gələcək olanlara özü haqqında danışdı.
Ajans.az xəbər verir ki, İmaməli Cavadov deyir ki, bu qərara gəlməsinə səbəb daha əvvəl xərçəng xəstəsi olub sağalmasıdır.
İmaməli Cavadov bildirib ki, onun 3 övladı var. Övladları isə bu missiyanı atalarının onlara həvalə etməsini istəyirmişlər.
Məzarları "QR" kodlaşdıran mütəxəssis isə deyir ki, ilk dəfədir belə sifarişlə rastlaşıb. Öz başdaşısını özü sifariş edən adamı görəndə təəccüblənib.
İmaməli Cavadov deyir ki, atası başdasının sadə olmasını vəsiyyət edibmiş. Ona görə, elə o da ata-anasının başdaşından hündür olmayan məzar daşı düzəltdirib.
Mövzular: